Yuxarı

ATƏT sədri Azərbaycandakı siyasi partiyaların sədrləri ilə görüşüb

Dağlıq Qarabağ münaqişəsi, Azərbaycandakı ictimai-siyasi vəziyyət, seçki islahatları məsələləri müzakirə olunub

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycana səfərə gəlmiş ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüş keçirib.

Bu barədə "Report"a Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat verib.

O bildirib ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycandakı ictimai-siyasi vəziyyət, seçki islahatları məsələləri müzakirə olunub.

Görüşdə Ümid Partiyası, Vətəndaş Həmrəliyi Partiyası (VHP), Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası (BQP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və Ədalət Partiyasının sədri iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi