Milli Məclis sədrinin I müavini ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin sayının artırılmasına münasibət bildirib

Milli Məclis sədrinin I müavini ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin sayının artırılmasına münasibət bildirib Sədr müavini: "Sizi Sarkisyanın beynəlxalq məhkəmə qarşısında cavab verməsinə yüz faiz inandırıram"
Daxili siyasət
26 Fevral , 2015 11:37
Milli Məclis sədrinin I müavini ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin sayının artırılmasına münasibət bildirib

Bakı. 26 fevral. REPORT.AZ/ "Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Təklif olunan Almaniya və Türkiyə dövlətləri isə həmin quruma üzv deyillər". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin sayının artırılmasına münasibət bildirərkən deyib.

Sədr müavini bildirib ki, Almaniya hər zaman bu işə kömək göstərəcəyini bəyan edib: "Türkiyənin isə həm Ermənistan, həm də Azərbaycanla sərhədi var. Eyni zamanda Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasında Türkiyənin böyük əməyi var. Bu səbəbdən də həmsədr ölkələrin sayının artırılması təbii ki, yaxşı olar. Onsuzda bilirik ki, BMT TŞ-nin 3 daimi üzvü bu günə qədər münaqişənin həllini mümkün edə bilməyiblər. Hər halda ümid edək ki, bundan sonra nəticə yaxşı olacaq".

O, həmçinin əlavə edib ki, Sarkisyanın beynəlxalq məhkəmə qarşısında cavab verməsi "Ana fəryadı" abidəsindəki ananın ruhu qarşısında borcumuzdur: "Həmin gün mütləq gələcək. Sizi buna yüz faiz inandırıram. Çünki Xocalı Soyqırımını törədənlərdən biri də, məhz odur. O, hərbi cinayətkardır və Azərbaycan xalqı qarşısında cavab vermək üçün məhkəmə tribunasında cavab verməlidir və verəcək". 

Son xəbərlər

Orphus sistemi