ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri Baş Prokurorluqda olub

ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri Baş Prokurorluqda olub Bakı. 29 mart. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.
Daxili siyasət
29 Mart , 2018 17:42
ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri Baş Prokurorluqda olub

Bakı. 29 mart. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ölkədə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan Baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək, seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığını xüsusi qeyd edib.

Korin Yonker səmimi qəbula görə minnətdarlığını ifadə edərək seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat vermiş, müşahidə missiyasının seçkiboyu Baş Prokurorluğun İşçi qrupu ilə əməkdaşlığına önəm verəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi