Yuxarı
    Bağlamaq

    ​AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Baş Prokurorluqda olub

    Pedro Aqramunt Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını təqdir edib

    Bakı. 3 mart. REPORT.AZ/ Bu gün baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Görüşdə baş prokuror AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirərək Prezident İlham Əliyevin ölkənin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə məlumat verib.

    Azərbaycanla ilə Avropa Şurası arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verildiyini bildirən baş prokuror ötən ildə, o cümlədən ölkənin Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Bakı şəhərində korrupsiyaya qarşı mübarizə sahəsində keçirilən yüksək səviyyəli beynəlxalq konfransların əhəmiyyətindən bəhs edib.

    İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Z.Qaralov çıxışında respublikada İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulanıb.

    Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edən Pedro Aqramunt əlaqələrin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, ölkənin Avropa Şurası ilə əməkdaşlığını təqdir edib, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bildirib.

    Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi