AŞPA-nın fəxri sədri Prezident İlham Əliyevi təbrik edib

AŞPA-nın fəxri sədri Prezident İlham Əliyevi təbrik edib Bakı. 3 may. REPORT.AZ/ Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
3 May , 2018 15:49
AŞPA-nın fəxri sədri Prezident İlham Əliyevi təbrik edib

Bakı. 3 may. REPORT.AZ/ Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Əziz cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə və Azərbaycan xalqına bununla əlaqədar səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Bu qələbə Sizin uzun illər ərzində həyata keçirdiyiniz siyasətə vətəndaşlarınızın ifadə etdiyi minnətdarlığın təcəssümüdür. Sizə möhkəm cansağlığı, ölkənizə və xalqınıza tərəqqi, rifah, əmin-amanlıq arzulayıram.

Bu il mayın 15-16-da Bakıya növbəti səfərim zamanı Sizinlə görüşməkdən məmnunluq duyardım. Yenidən gözəl ölkənizə səfər etməyi səbirsizliklə gözləyirəm".

Son xəbərlər

Orphus sistemi