AŞPA müşahidə missiyasının rəhbəri: "Azərbaycanda seçki zamanı beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün müsbət şərait yaradılmışdı"

AŞPA müşahidə missiyasının rəhbəri: "Azərbaycanda seçki zamanı beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün müsbət şərait yaradılmışdı" Strasburq. 25 iyun. REPORT.AZ/ Azərbaycanda Prezident seçkiləri zamanı beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün müsbət şərait yaradılmışdı.
Daxili siyasət
25 İyun , 2018 14:26
AŞPA müşahidə missiyasının rəhbəri: Azərbaycanda seçki zamanı beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün müsbət şərait yaradılmışdı

Strasburq. 25 iyun. REPORT.AZ/ "Azərbaycanda Prezident seçkiləri zamanı beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün müsbət şərait yaradılmışdı".

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bunu iyunun 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburq şəhərində keçirilən yay sessiyasında qurumun Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmiş müşahidə missiyasının rəhbəri Viorel Rikard Badea hesabatını təqdim edərkən deyib. 

Onun sözlərinə görə, AŞPA müşahidəçiləri 19 hissəyə bölünərək Bakı və ətraf bölgələrdə seçkiləri izləyiblər.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri aprelin 11-də keçirilib. 

Son xəbərlər

Orphus sistemi