AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Bakıda müxalifət nümayəndələri ilə görüşüb

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Bakıda müxalifət nümayəndələri ilə görüşüb Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparılıb
Daxili siyasət
7 Aprel , 2016 18:05
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Bakıda müxalifət nümayəndələri ilə görüşüb

Bakı. 7 aprel. REPORT.AZ/ Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Ştefan Şennak bir qrup müxalifət nümayəndəsi ilə görüşüb.

Bu barədə "Report"a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, görüşdə Müsavat Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Liberal Partiyasının, REAL Hərəkatının və Milli Strateji Düşüncə Mərkəzinin nümayəndəsi iştirak edib:
"Stefan Şennakla ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparılıb". 

Son xəbərlər

Orphus sistemi