"ASAN xidmət"in işçilərinin sayı artırılıb

"ASAN xidmət"in işçilərinin sayı artırılıb “ASAN xidmət”in işçilərinin say həddi 640-a çatdırılıb
Daxili siyasət
23 Avqust , 2017 18:02
ASAN xidmətin işçilərinin sayı artırılıb

Bakı. 23 avqust. REPORT.AZ/ "ASAN xidmət"in işçilərinin sayı sayı artırılıb.

"Report"un xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əks olunub.  

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 572-dən 640-a çatdırılıb.

Son xəbərlər

Orphus sistemi