“ASAN xidmət” avtobusları vasitəsilə göstərilən xidmətlərin növləri - SİYAHI

“ASAN xidmət” avtobusları vasitəsilə göstərilən xidmətlərin növləri - SİYAHI Ötən il səyyar “ASAN xidmət” avtobusları vasitəsilə göstərilən xidmətlərin sayı və növləri açıqlanıb.
Daxili siyasət
11 Fevral , 2021 09:29
“ASAN xidmət” avtobusları vasitəsilə göstərilən xidmətlərin növləri - SİYAHI

Ötən il səyyar “ASAN xidmət” avtobusları vasitəsilə göstərilən xidmətlərin sayı və növləri açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, keçən il ümumilikdə 144 067 müraciətdən 134 207 müraciət xidmətlə təmin edilib.

Göstərilən xidmətlər üzrə səyyar avtobuslarda Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətinə 69 807, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi xidmətinə 18 376, sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətinə 1 356, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək pensiyalarının təyin edilməsi xidmətinə 836, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidmətinə 2 693, Ədliyyə Nazirliyinin notariat xidmətinə 32 944, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətinə 6 810, funksional yardımçı xidmətlərə isə 11 245 vətəndaş müraciəti qeydə alınmış, bundan əlavə müraciət edən vətəndaşlara xidmətlərlə bağlı yerində məsləhətlər verilib.

Hesabat dövründə səyyar avtobuslar vasitəsilə vətəndaşlara 22 624 şəxsiyyət vəsiqəsi, notariat fəaliyyəti üzrə 22 453 sənəd, 7 013 ümumvətəndaş pasportu verilib, əmək pensiyalarının təyin edilməsi xidməti üzrə 2 sənəd, sürücülük vəsiqəsinin dəyişdirilməsi xidməti üzrə 1 140 sənəd, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə isə 1 260 sənəd, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı zamanı 250 sənəd, funksional yardımçı xidmətlər üzrə isə 10 120 sənəd verilib.

Son xəbərlər

Orphus sistemi