ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi

ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi “Sərt karantin günlərində vətəndaşlar zəruri dərmanları onlayn sifariş verməlidirlər”.
Daxili siyasət
12 İyun , 2020 18:41
ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi
Ülvi Mehdiyev / Report

“Sərt karantin günlərində vətəndaşlar zəruri dərmanları onlayn sifariş verməlidirlər”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, icazə sistemindən icazə alan apteklərin əlaqə nömrələri ictimaiyyətə açıqlanacaq:

"Vətəndaşların aptekə getməsi qadağandır. Biz vətəndaşlarımıza çağırış edirik ki, 2 günlük ehtiyaclarını, qida, su, dərman və s. əvvəlcədən alsınlar. Yəni onlayn apteklər o demək deyil ki, aidiyyəti olmayanda da o xidmətə müraciət edə bilərlər. Ötən praktikadan da məlum olduğu kimi vətəndaşlar bir çox hallarda zəruri, aidiyyəti olmayan hallarla bağlı müraciət edirdilər".

Son xəbərlər

Orphus sistemi