Arzu Rəhimov Ucarda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Arzu Rəhimov Ucarda vətəndaşları qəbul edib - FOTO - VİDEO Qəbulda 30-a yaxın vətəndaş iştirak edib
Daxili siyasət
127
20 İyul , 2017 18:06
Arzu Rəhimov Ucarda vətəndaşları qəbul edib - FOTO - VİDEO
Report.az

Ucar. 20 iyul. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Ucar rayonunda Zərdab, Göyçay, Ağdaş, Yevlax, Bərdə və Tərtər rayonlarından olan 30-a yaxın vətəndaşı qəbul edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Ucar Rayon İcra Hakimiyyətinin başçısının müavini Əliş Cəbrayılov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrdə xidmət göstərmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul və digər məsələlərlə bağlı olub.

General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin mövcud qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə yerindəcə həll edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi