Arzu Rəhimov Sumqayıtda sakinlərlə görüşüb - FOTO

Arzu Rəhimov Sumqayıtda sakinlərlə görüşüb - FOTO Görüşdə 30-dan artıq sakin iştirak edib
Daxili siyasət
19 Oktyabr , 2017 15:51
Arzu Rəhimov Sumqayıtda sakinlərlə görüşüb - FOTO

Bakı. 19 oktyabr. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

"Report"un məlumata görə, qəbul Xidmətin Sumqayıt şəhər şöbəsində keçirilib.

Görüşdə Laçın, Qubadlı, Şuşa rayonlarından olan məcburi köçkünlər və Sumqayıt şəhərindən olan 30-dan artıq sakin iştirak edib.

Vətəndaşların müraciətləri daha çox müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq, yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, təkrar tibbi müayinəyə cəlb olunma, möhlət hüququnun verilməsi, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi