Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul edib - FOTO

Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul edib - FOTO Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov İmişlidə Beyləqan, Füzuli və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
Daxili siyasət
18 İyul , 2019 14:15
Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul edib - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov İmişlidə Beyləqan, Füzuli və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

"Report"un Muğan bürosu xəbər verir ki, qəbulda 19 sakin iştirak edib. 

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan müra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi