Arzu Rəhimov Cəlilabadda vətəndaşları qəbul edib - FOTO

Arzu Rəhimov Cəlilabadda vətəndaşları qəbul edib - FOTO Görüşdə Biləsuvar, Cəlilabad və Masallı rayonlarının 35 nəfərdən çox sakini iştirak edib
Daxili siyasət
16 Noyabr , 2017 14:29
Arzu Rəhimov Cəlilabadda vətəndaşları qəbul edib - FOTO
Report

Cəlilabad. 16 noyabr. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Cəlilabad rayonunda vətəndaşları qəbul edib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, qəbul Heydər Əliyev mərkəzində keçirilib.

Görüşdə Biləsuvar, Cəlilabad və Masallı rayonlarının 35 nəfərdən çox sakini iştirak edib.

Vətəndaşların müraciətləri daha çox müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq, yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, təkrar tibbi müayinəyə cəlb olunma, möhlət hüququnun verilməsi, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi