Bakı. 30 yanvar. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov fevralın 16-da Lənkəran şəhəri, Astara, Lerik və Yardımlı rayonlarının sakinləri qəbul edəcək.
SHXÇDX-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, xidmətin Astara rayon şöbəsinin inzibati binasında, saat 10:00-da həyata keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşların fevralın 14-ə dək SHXÇDX-nın Lənkəran şəhər, Astara, Lerik, Yardımlı rayonlarının şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.