Arye Qut: "Azərbaycanda seçkilərin təşkilinin texniki tərəfi İsraildən daha yaxşıdır"

Arye Qut: "Azərbaycanda seçkilərin təşkilinin texniki tərəfi İsraildən daha yaxşıdır" "Azərbaycanda prezident seçkiləri açıq və şəffaf keçirilir"
Daxili siyasət
11 Aprel , 2018 14:51
Arye Qut: Azərbaycanda seçkilərin təşkilinin texniki tərəfi İsraildən daha yaxşıdır
Report/ Firi Salim

Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycanda prezident seçkiləri açıq və şəffaf keçirilir".

"Report" xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə israilli ekspert, İsraildən olan müşahidə missiyasının üzvü Arye Qut deyib.

"İsrailin 9 nəfərdən ibarət nümayəndə heyəti bu gün seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlib. Nümayəndə heyətinin tərkibində Knessetin deputatları, sabiq nazirlər, eləcə də İsrailin Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri yer alıb. Gördüyünüz kimi, nümayəndə heyətinin ranqı olduqca yüksəkdir", - A.Qut bildirib.

Onun sözlərinə görə, nümayəndə heyəti Azərbaycanın bu gün necə olduğunu görmək üçün gəlib: "Bu gün dünyada Azərbaycana qarşı mənfi təbliğat aparılır. ELə buna görə də bütün Cənubi Qafqazda geosiyasi vəziyyəti və İsrail-Azərbaycan əməkdaşlığının mahiyyətini yaxşı bilən insanları ölkənizə gətirmişik."

Nümayəndə heyətinin üzvü qeyd edib ki, bu gün Azərbaycanda Prezident seçkiləri açıq və şəffaf keçirilir, seçicilərə heç bir təzyiq yoxdur.

"Məncə, bu, yaxın gələcəkdə Azərbaycanın demokratikləşməsi istiqamətində daha bir addımdır", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, İsraildə seçki prosesi bu gün Azərbaycanda izlədikləri kimidir: "Hətta Azərbaycanın bəzi üstünlükləri var. İsrailin yüksək texnologiyalar ölkəsi olmasına baxmayaraq, bizdə seçkilərdə ultrabənövşəyi işıqlı cihazdan istifadə olunmur".

Son xəbərlər

Orphus sistemi