Artur Rasi-zadə ​Nazirlər Kabinetinin qərarlarından birini ləğv edib

Artur Rasi-zadə ​Nazirlər Kabinetinin qərarlarından birini ləğv edib Qərar Prezidentin 533 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə verilib
Daxili siyasət
22 Oktyabr , 2015 10:10
Artur Rasi-zadə ​Nazirlər Kabinetinin qərarlarından birini ləğv edib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikinti işlərinin dayandırılması haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” qərarını ləğv edib.

“Report”un məlumatına görə, qərarın ləğv edilməsi barədə sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Ləğv edilmə ilə bağlı qərar “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə verilib.

Ləğv olunan qayda sənədi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən I və II məsuliyyət səviyyəli bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikintisində tikinti norma və qaydalarına, müvafiq qaydada təsdiq edilmiş layihə sənədlərinə və normativ hüquqi aktların tələblərinə riayət edilməməsi nəticəsində yol verilmiş pozuntuların qarşısının alınması və aradan qaldırılması məqsədilə tikinti işlərinin dayandırılması mexanizmini müəyyən edirdi.

Son xəbərlər

Orphus sistemi