Artur Rasi-zadə Fələstinin baş nazirinin müavinini qəbul edib

Artur Rasi-zadə Fələstinin baş nazirinin müavinini qəbul edib Qəbulda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi olub
Daxili siyasət
17 Mart , 2017 15:36
Artur Rasi-zadə Fələstinin baş nazirinin müavinini qəbul edib

Bakı. 17 mart. REPORT.AZ/ Baş nazir Artur Rasi-zadə V Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Fələstinin baş nazirinin müavini Ziyad Abu Amrı qəbul edib.

Bu barədə “Report”a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Azərbaycanla Fələstin dövləti arasında yaxşı siyasi əlaqələrin olduğunu deyən Baş nazir Artur Rasi-zadə, eyni zamanda digər istiqamətlərdə də əlaqələrin inkişafı üçün imkanların olduğuna diqqəti yönəldib. O, xüsusilə iqtisadi, humanitar sahələrdə səmərəli əməkdaşlıq üçün müvafiq hüquqi bazanın yaradılmasının zəruriliyini vurğulayıb.

Dünyada gedən mühüm iqtisadi-siyasi-hərbi proseslər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılarkən, diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Baş nazir Artur Rasi-zadə, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü bir daha xatırladıb.

V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən Fələstin Dövlətinin baş nazirinin müavini Ziyad Abu Amr qısa dövr ərzində Azərbaycanın çox böyük inkişaf yolu keçdiyinin bilavasitə şahidi olduğunu deyib. Daha sonra o, Fələstin Dövlətinin hər zaman beynəlxalq hüquq normaları çərçivəsində ölkəmizin haqq işini dəstəklədiyini və işğal altındakı torpaqların tezliklə sülh yolu ilə azad olunacağlına əminliyini bildirib.

Qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi olub.

Son xəbərlər

Orphus sistemi