Arif Rəhimzadə: "Bələdiyyə qanunvericiliyinə bir sıra dəyişikliklər ediləcək"

Arif Rəhimzadə: "Bələdiyyə qanunvericiliyinə bir sıra dəyişikliklər ediləcək" "Regional məsələlər komitəsi Milli Məclisin yaz sessiyası dövründə bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra mühüm işlər görəcək"
Daxili siyasət
29 Yanvar , 2016 12:35
Arif Rəhimzadə: Bələdiyyə qanunvericiliyinə bir sıra dəyişikliklər ediləcək

Bakı. 29 yanvar. REPORT.AZ/ "Regional məsələlər komitəsi Milli Məclisin yaz sessiyası dövründə bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra mühüm işlər görəcək". 

"Report" xəbər verir ki, bunu komitənin sədri Arif Rəhimzadə deyib.

O qeyd edib ki, ötən ildən bələdiyyələrin vergiləri və ödənişləri nağdsız formada almaq məsələsi qanunvericilikdə öz əksini tapsa da, məsələnin icrasında müəyyən çətinlik var: "Bununla bağlı hazırda müəyyən tədbirlər görülür, təklif hazırlanır. Bələdiyyələr vergiləri alanda bunun vergi verənə bir təsir mexanizmi olması nəzərdə tutulub. Hazırda bu məsələ ətrafında düşünülür". 

A.Rəhimzadə bildirib ki, Milli Məclisin yaz sessiyası dövründə bələdiyyələrin qeyri-hərrac yolu ilə mövsümi istifadəsi üçün torpaqların icarəyə verilməsi məsələsi də müzakirə olunacaq məsələlər sırasındadır.  

Son xəbərlər

Orphus sistemi