Arif Qasımova “Əməkdar həkim”, Elşən Məmmədova “Əməkdar jurnalist” fəxri adı verilib

Arif Qasımova “Əməkdar həkim”, Elşən Məmmədova “Əməkdar jurnalist” fəxri adı verilib Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
17 Avqust , 2015 12:26
Arif Qasımova “Əməkdar həkim”, Elşən Məmmədova “Əməkdar jurnalist” fəxri adı verilib

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Arif Araz oğlu Qasımova “Əməkdar həkim” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla A.Qasımov Dövlət Sərhəd Xidmətində səhiyyənin inkişafında xidmətlərinə görə fəxri ada layiq görülüb.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Dövlət Sərhəd Xidmətinin ”Sərhədçi” jurnalında və qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Elşən Sultanəli oğlu Məmmədova “Əməkdar jurnalist” fəxri adı verilib.

Son xəbərlər

Orphus sistemi