Arif Hacılının müavini vəzifəsindən azad edilib - YENİLƏNİB

Arif Hacılının müavini vəzifəsindən azad edilib - YENİLƏNİB Bununla bağlı Müsavat Partiyasının başqanı sərəncam imzalayıb
Daxili siyasət
29 Dekabr , 2014 13:10
Arif Hacılının müavini vəzifəsindən azad edilib - YENİLƏNİB

Bakı. 29 dekabr. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılı sərəncam imzalayıb.

Partiyadan "Report"a verilən məlumata görə, sərəncamla Nüşabə Sadıxlı Müsavat Partiyasının Məclis sədri seçilməsi ilə əlaqədar partiya başqanının müavini vəzifəsindən azad edilib.

11:10.

Bakı. 29 dekabr. REPORT.AZ/ "Müsavat Partiyasının başqan müavinliyi postundan gedəcəyəm. Bundan sonra fəaliyyətimi Məclis sədri kimi davam etdirəcəm".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyası başqanının müavini və Məclis sədri Nüşabə Sadıxlı deyib. O bildirib ki, başqan müavinliyindən getməsinin səbəbi bu posta digər iddialı müsavatçıların olması ilə əlaqədardır: "Hər iki postda təmsil olunmağım Nizamnamə pozuntusu deyil. Amma düşünürəm ki, bu postdan getməliyəm. Çünki xeyli müsavatçı var ki, partiyanın idarəçiliyində rol ala bilər. Həmin müsavatçılar da rəhbərlikdə təmsil olunub, xidmətlərini göstərməlidirlər. Müavinlikdən gedişimin səbəbi bundan ibarətdir".

N.Sadıxlı qərarını partiya rəhbərliyi ilə müzakirə etmədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi