Arif Hacılı: “Müsavat Partiyası adından saxta mühacir sənədlərinin verilməsi cinayətdir”

Arif Hacılı: “Müsavat Partiyası adından saxta mühacir sənədlərinin verilməsi cinayətdir” “Bu işi özümüz aşkara çıxarmışıq”
Daxili siyasət
23 İyun , 2015 13:39
Arif Hacılı: “Müsavat Partiyası adından saxta mühacir sənədlərinin verilməsi cinayətdir”

Bakı. 23 iyul. REPORT.AZ/ “Saxta vəsiqələrlə bağlı ittihamlar bizə yönəlməyib. Bu işi özümüz aşkara çıxarmışıq. Bəziləri isə bundan istifadə edib, partiyaya hücum etdilər. Ola bilər ki, Müsavat Partiyası adından verilən saxta sənədləri aşkara çıxardığımıza görə təşvişə düşüblər”.

“Report”un xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, saxta sənəd vermək cinayətdir: “Biz Azərbaycan və Avropa məhkəmələrində bu məsələni hüquqi müstəvidə həll edəcəyik. Onların hücumları bizi dayandıra bilməz”.

Son xəbərlər

Orphus sistemi