​Müsavat Divanında Arif Hacılı ilə Əli Kərimlinin görüşü müzakirə edilib

​Müsavat Divanında Arif Hacılı ilə Əli Kərimlinin görüşü müzakirə edilib Demokratik düşərgənin maraqlarına zidd olan müxalifətdaxili intriqaların aradan qaldırılması istiqamətində müzakirələr aparılıb
Daxili siyasət
19 Yanvar , 2015 16:43
​Müsavat Divanında Arif Hacılı ilə Əli Kərimlinin görüşü müzakirə edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib.

Bu barədə "Report"a partiya başqanının müavini Elman Fəttah məlumat verib.

O bildirib ki, iclasda görülən işlər, qərarların icrası müzakirə olunub. 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq strukturlara tapşırıqlar verilib.

İclasda Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli arasında görüşlə bağlı məlumatlar dinlənilib. Müxalifətdaxili münasibətlərin aydınlaşdırılması, demokratik düşərgənin maraqlarına zidd olan müxalifətdaxili intriqaların aradan qaldırılması istiqamətində müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi