Yuxarı

​Arif Hacılı: “Boykot taktikası uğurlu addım deyil”

“Biz 2015-ci ildə keçirilən parlament seçkilərinə önəm veririk

Bakı. 15 yanvar. REPORT.AZ/ “Bir sıra siyasi partiyalarla görüşlər keçirmişik. Müzakirələr çərçivəsində parlament seçkiləri müzakirə mövzusu olub. Bu istiqamətdə AXCP sədri Əli Kərimli ilə də görüşmüşəm. Onunla da bununla bağlı danışıqlar aparmışam”.

“Report”un məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Milli Strateji Düşüncə Mərkəzi (MSDM) tərəfindən "2015-ci il Parlament seçkiləri: Gerçəkliklər və demokratik qüvvələrin hədəfləri" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. 

O qeyd edib ki, Azərbaycanda siyasi partiyalar seçki atmosferi yaratmağa nail olmalıdırlar: “Biz 2015-ci ildə keçirilən parlament seçkilərinə önəm veririk. Təbii ki, seçkiləri boykot etmək də taktikalardan biridir. Amma boykot taktikası uğurlu addım deyil. Çünki belə olan halda siyasi partiyalar proseslərdən kənarda qalırlar”.

A.Hacılı Müsavat Partiiyasının mart ayından etibarən kütləvi siyasi aksiyalara başlayacağını da deyib: “Parlament seçkilərində nailiyyət əldə etmək üçün daha çox resurslar birləşdirilməlidir. Mart ayından kütləvi aksiyalara başlayacağıq. Müsavat Partiyası ilə hansı partiya funksional əməkdaşlıq etmək niyyətindədirsə, onunla prosesi davam etdirməyə hazırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi