​Arif Hacılı: “Qurultay indi keçirilsə, 300-400 səs toplayaram”

​Arif Hacılı: “Qurultay indi keçirilsə, 300-400 səs toplayaram” Müsavat Partiyasının başqanı mətbuat konfransı keçirib
Daxili siyasət
113
31 Oktyabr , 2014 14:48
​Arif Hacılı: “Qurultay indi keçirilsə, 300-400 səs toplayaram”
Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı bu vəzifədə ilk mətbuat konfransını keçirib.

“Report”un məlumatına görə, A.Hacılı Müsavat Partiyasının VIII qurultayından sonra baş verənlərə toxunub: “Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasına təqdim edilən arayışa rəy verilib. Orada qurultayda hər hansı pozuntunun olmadığı qeyd edilib. Düşünürəm ki, Müsavat Partiyası bu seçkini keçirməklə demokratiya nümunəsi ortaya qoydu. Seçkilər tam şəffaf keçirilib. Müsavat Partiyasında kiminsə komandası yoxdur, burada hamımız müsavatçıyıq”.

A.Hacılı bildirib ki, partiyada təkrar qurultayın keçirilməsi mümkünsüzdür: “Qurultay sentyabrın 27-də keçirildi. Hər kəs qurultayın qərarlarına hörmət etməlidir. Qurultay keçirilsə belə, mən hazırda 300-400 səs toplayaram. Məndən Nizamnaməyə əməl etməmi istəyənlər özləri qaydalara əməl etmirlər. İstənilən halda kiminsə sözü varsa, müzakirə etməyə hazıram”.

A.Hacılı partiya üzvlərinin bələdiyyə seçkilərində fərdi şəkildə iştirak edəcəklərini qeyd edib: “Seçkiyə partiya şəklində qatılmayacağıq. Fərdi şəkildə iştirak edəcəyik”.

Müsavat başqanı AXCP, KXCP və digər müxalifət partiyalarına əməkdaşlıq üçün təkliflə müraciət edəcəyini də deyib.

Son xəbərlər

Orphus sistemi