AQTA üçün xidməti avtomobillərin say həddi müəyyənləşib

AQTA üçün xidməti avtomobillərin say həddi müəyyənləşib Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.
Daxili siyasət
1292
26 Avqust , 2020 18:03
AQTA üçün xidməti avtomobillərin say həddi müəyyənləşib

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat və Ərazi və yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi müəyyənləşib. 

Belə ki, Agentlik üçün ayrılan xidməti minik avtomobillərinin sayı 22 olur. Avtomobillərin 11-i aparat üzrə, 11-i isə ərazi və yerli bölmələri üzrə verilir.

Son xəbərlər

Orphus sistemi