​Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması qaydalarına dəyişiklik edilib

​Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması qaydalarına dəyişiklik edilib Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
31 İyul , 2015 09:33
​Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması qaydalarına dəyişiklik edilib

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti özünün “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edib. “Report” xəbər verir ki, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, antiinhisar qanunvericiliyini pozan şəxslər cəriməni və ya maliyyə sanksiyasını ödəmədiyi və ya qismən ödədiyi halda, antiinhisar orqanı cərimənin və ya maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməli və bu qərarın məcburi qaydada icrasının həyata keçirilməsi üçün icra məmurlarına göndərməlidir.

Son xəbərlər

Orphus sistemi