Bakı. 4 iyul. REPORT.AZ/ Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi VI Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində Azərbaycan Gecəsi keçirilib. Bu barədə "Report"a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Azərbaycan Gecəsi münasibətilə sözügedən bələdiyyənin təşkilatçılığı və səfirliyin dəstəyi ilə VI Beynəlxalq Ramazan Şənliklərinin keçirildiyi sahədə Azərbaycana xas olan tarixi, mədəni və incəsənət əsərlərinin nümayiş etdirildiyi Azərbaycan Evinin açılışı da olub.
Açılışı Keçiören rayon bələdiyyəsinin sədri Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev və AKP millət vəkili Orxan Atalay edib.
Azərbaycan Evini ziyarətə gələn çoxsaylı qonaqlara "
Mərasimdə çıxış edənlər qısa nitqlərin ardından bir-birlərinə qarşılıqlı olaraq xatirə plaketləri təqdim ediblər.
Tədbir Azərbaycan Gecəsində iştirak etmək üçün Türkiyəyə gedən muğam qrupunun əsərlər səsləndirməsi ilə başa çatıb.