Anar Tağıyev: “Prezident İlham Əliyev 30 illik münaqişəni 44 günə həll edən böyük sərkərdədir”

Anar Tağıyev: “Prezident İlham Əliyev 30 illik münaqişəni 44 günə həll edən böyük sərkərdədir” “Biz xoşbəxtik ki, ölkənin başında İlham Əliyev kimi dahi dövlət xadimi və böyük sərkərdə durur”
Daxili siyasət
490
24 Dekabr , 2020 12:04
Anar Tağıyev: “Prezident İlham Əliyev 30 illik münaqişəni 44 günə həll edən böyük sərkərdədir”
İlham Əliyev

Yevlaxda “Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur yazan Ali Baş Komandan İlham Əliyev” mövzusunda elmi-praktik videokonfrans keçirilib.

"Report" xəbər verir ki, tədbir Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

Videokonfransda Milli Məclisin deputatları, YAP rayon təşkilatının şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, bələdiyyələr, icra nümayəndələri, idarə, müəssisə rəhbərlərinin iştirak edib.

Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev açıb.

Çıxış edən Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə ötən 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət barədə ətraflı məlumat verib. Çıxışında torpaqlarımızın düşmən işğalından azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi barədə danışan Ə.Hüseynli bildirib ki, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsi tarixinə öz adını Qarabağ fatehi kimi yazaraq Prezident-Ordu- Xalq birliyinin sarsılmaz və əbədi olduğunu bir daha sübut etdi.

Qeyd olunub ki, qazanılan hərbi zəfər nəticəsində Azərbaycan tarixi artıq 27 sentyabrdan etibarən yeni dövrünə qədəm qoyub.

Çıxışında Azərbaycanın ötən 17 il ərzində bütün sahələrdə uğurlar qazandığını, Azərbaycanın bugünkü inkişafının məhz Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsi nəticəsində mümkün olduğunu deyən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin davamçısı olduğunu söyləyib. Dövlət başçısının şəxsi keyfiyyətlərindən, təşəbbüskarlıqla yanaşı, yüksək məsuliyyətindən, sözünə imzası qədər əhəmiyyət verməsindən və həyatının bütün dövrlərində xalqına verdiyi vədləri əməli ilə doğrultmasından ətraflı danışan Anar Tağıyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib. Xalqımız inamlı, əzmli və güclüdür.

O qeyd edib ki, Prezident İlham Əliyev 30 illik münaqişəni 44 gün ərzində həll edən, qələbə ilə təqvimimizə ilk dəfə zəfər günü yazan böyük sərkərdədir.

A.Tağıyev eyni zamanda bildirib ki, 44 günlük müharibə dövründə Prezidentin yaxın silahdaşı, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları ilə hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Vurğulayıb ki, cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğılı münasibəti ilə Birinci vitse-prezident xalqımıza təsəlli oldu.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı həmçinin haqq savaşında qəhrəmancasına şəhid olan hərbçilərimizə rəhmət diləyib, Vətən müharibəsində yevlaxlıların da Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı vuruşan müzəffər Ordumuzun sıralarında göstərdiyi şücaətdən bəhs edib.

Konfransda çıxış edən Milli Məclisin Əmək və sosial-siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Müşfiq Məmmədli və başqaları bildiriblər ki, Azərbaycan tarixi uğurlarını məhz Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edib. Qeyd olunub ki, 17 il ərzində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına 2 il sədrlik edib, kosmik dövlətlər klubuna üzv olub, bir çox humanitar, beynəlxalq səviyyəli idman tədbirlərinə, iqtisadi forumlara ev sahibliyi edib və ölkəmiz öz sosial-iqtisadi inkişafına görə dünyanın 100 ildə keçə bilmədiyi inkişaf yolu keçib.

Bildirilib ki, Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasətinin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində ordumuz yeni zəfər tarixi yazdı və 30 illik işğala son qoyaraq, üçrəngli bayrağımızı ruhumuzun paytaxtı olan Şuşada, azad olunmuş kənd, qəsəbə və şəhərlərimizdə ucaltdı.

Sonra çıxış edən Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov bildirib ki, Şuşamızı, torpaqlarımızın hər bir qarışını yağı düşməndən azad edən əsgərlərimiz yeni bir tarix yazmağı bacardılar: "Vətən müharibəsində bir daha əmin olduq ki, xalq-Prezident, xalq-iqtidar birliyi sarsılmazdır. Bu birlik şəhid övladına ağlamayaraq, “Vətən sağ olsun” deyən anaların, nəşini çiynində daşıyan şəhidin həyat yoldaşlarının, “fəxr edirəm ki, atam Vətən yolunda şəhid olub” deyən övladların varlığındadır. Xalq-Heydər birliyinin əbədi, sarsılmaz olduğunu sübut edən Azərbaycan xalqı "İlhamla irəli" deyərək Prezidentimizin ətrafında sıx birləşib, ona inanır, etibar edir və öz xoşbəxt, firavan, işıqlı gələcəyini İlham Heydər oğlu Əliyevdə görür".

Son xəbərlər

Orphus sistemi