ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib ANAMA kollektivi agentliyin təsis edilməsinin 26-cı ildönümü ilə əlaqədar Ulu Öndərin məzarını ziyarət edib.
Daxili siyasət
18 iyul 2024 13:10
ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) kollektivi agentliyin təsis edilməsinin 26-cı ildönümü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

ANAMA-dan “Report”a verilən məlumata görə, qurumun yaradılmasının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Minatəmizləmə Agentliyinin idarə heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanda ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Ziyarətçilər daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Son xəbərlər

Orphus sistemi