Amnistiya aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlanıb 

Amnistiya aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlanıb  "Ötən müddətdə amnistiyanın təsiri altına düşən məhkumlardan artıq 2600-dan çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb".
Daxili siyasət
30 Dekabr , 2021 20:11
Amnistiya aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlanıb 

"Ötən müddətdə amnistiyaya düşən məhkumlardan artıq 2600-dan çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb".

"Report" xəbər verir ki, bu sözlər ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 950-dək şəxsin cəza müddəti azaldılıb, probasiya xidməti üzrə isə 4600-dən çox şəxs müxtəlif cəzalardan azad edilib, 182 şəxsin isə cəzası azaldılıb.

Hazırda amnistiya qərarının icrası davam edir.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Noyabrın 5-də qüvvəyə minən Amnistiya Aktının icrası dörd ay müddətində təmin edilməlidir.

Son xəbərlər

Orphus sistemi