Amnistiya Aktı 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub

Amnistiya Aktı 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub "8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub".
Daxili siyasət
3 Dekabr , 2021 13:32
Amnistiya Aktı 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub

"8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, amnistiya müəssisədə ümumilikdə 49 nəfərə şamil edilib: "Daha əvvəl müəssisədən Amnistiya Aktı tətbiq edilən 73 nəfər azadlığa buraxılmışdı. Ümumilikdə isə bu cəzaçəkmə müəssisəsindən 122 nəfər azadlığa buraxılıb".

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi