​AMİP sədri: "Müsavat Partiyasının mitinqinə dəstək verməyəcəyik"

​AMİP sədri: "Müsavat Partiyasının mitinqinə dəstək verməyəcəyik" Yusif Bağırzadə: "Mitinq üçün sosial sifariş yoxdur"
Daxili siyasət
125
28 Noyabr , 2014 17:05
​AMİP sədri: Müsavat Partiyasının mitinqinə dəstək verməyəcəyik

Bakı. 28 noyabr. REPORT.AZ/ "Müsavat Partiyasının təşkil etdiyi mitinqə qatılmayacağıq. Çünki bu mitinq üçün sosial sifariş yoxdur".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib. O bildirib ki, ölkədə daxili problemlərin həlli üçün mitinq çıxış yolu deyil.

AMİP sədri siyasi partiyalar arasında dialoq qurulmasının tərəfdarı olduğunu da vurğulayıb: "Düşünürük ki, siyasi düşərgə məsələləri dialoqla yoluna qoymalıdır. Hakim Yeni Azərbaycan Partiyası ilə müxalifət partiyaları bir masa arxasında ölkədə və dünyada baş verənləri müzakirə etməlidirlər. Hazırda Dağlıq Qarabağ probleminin həllinə çalışmaq lazımdır, ermənilərin beynəlxalq aləmdə Azərbaycan əleyhinə kampaniya aparmasının qarşısı alınmalıdır. Bu məsələdə ölkədəki bütün siyasi düşərgələr birləşməlidir, diqqəti bu problemin həllinə yönəltmək lazımdır".

Son xəbərlər

Orphus sistemi