Allahşükür Paşazadə Naxçıvana səfər edəcək

Allahşükür Paşazadə Naxçıvana səfər edəcək Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 4-də Naxçıvana səfər edəcək.
Daxili siyasət
3 Dekabr , 2019 13:14
Allahşükür Paşazadə Naxçıvana səfər edəcək
Report

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 4-də Naxçıvana səfər edəcək.

Bu barədə "Report"a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı QMİ sədri Prezident İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamına uyğun olaraq, tədbirlər planı çərçivəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən yubiley mərasimində iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi