Ali Məhkəmədə Dövlət Xidmətinin nümayəndələri ilə görüş keçirilib

Ali Məhkəmədə Dövlət Xidmətinin nümayəndələri ilə görüş keçirilib Ali Məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılmış daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınması və digər tələblərə dair işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi və təhlili işi aparılıb.
Daxili siyasət
6 may 2023 11:56
Ali Məhkəmədə Dövlət Xidmətinin nümayəndələri ilə görüş keçirilib

Ali Məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılmış daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınması və digər tələblərə dair işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi və təhlili işi aparılıb.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, ümumiləşdirmənin nəticələrinə dair bu gün Ali Məhkəmədə ölkə üzrə inzibati mübahisələrə baxan hakimlər və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyəti ilə bağlı işlərə məhkəmələrdə baxılarkən ortaya çıxan problemlər, inzibati orqanlarda məhkəməyədək aparılan icraatın səmərəliliyinin artırılmasına yönəlmiş görülməli işlər, məhkəmələrin iş yükünün optimallaşdırılmasına dair, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi