Yuxarı

​Ali Baş Komandan: “Heç kimə imkan verə bilmərik ki, bizim torpağımızda hökmranlıq etsin”

“Başqa ölkənin torpağımızda gözümüz yoxdur”

Bakı. 5 aprel. REPORT.AZ/ “Ermənistan rəhbərliyi öz səhvlərini başa düşüb, danışıqlar masası arxasında özünü səmimi apararsa, əminəm ki, məsələnin sülh yolu ilə həllinə imkanlar yaranacaq. Biz bunu istəyirik”. “Report”un xəbərinə görə, bunu Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə deyib.

Azərbaycan bəyan edib ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır. Amma bir şərtlə, qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayandırsınlar, oturduqları yerlərdə də qalsınlar. Biz öz torpağımızdayıq, başqa ölkənin torpağımızda gözümüz yoxdur, heç bir başqa ölkənin torpağını işğal etməmişik. Heç kimə də imkan verə bilmərik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də, ordusu da güclüdür”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi