Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin üzərində və ətrafında aparılan işlər yekunlaşıb.
“Report”un xəbərinə görə, Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılan heykəlin yaxın günlərdə açılış mərasimi olacaq.
Qeyd edək ki, Albert Aqarunovun şərəfinə abidə ucaldılması ideyasını şəhidin tank komandiri olmuş Hacı Əzimov irəli sürüb. Layihənin icrası Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən akademiyanın müəllimləri Rahib Qarayev və Zamik Rzayevə həvalə edilib. Heykəlin kompozisiyası və eskiz ideyası da Rahib Qarayev və Zamik Rzayevə aiddir.
Abidədə əks olunan qayadan çıxmaq təsviri
Xatırladaq ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.
Bu il şəhidin 50 illik yubileyidir.