Alban-Udi xristian icmasının üzvləri Suqovuşan və Talışa səfər ediblər

Alban-Udi xristian icmasının üzvləri Suqovuşan və Talışa səfər ediblər Alban-Udi xristian dini icmasının üzvlərinin 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə ziyarətləri başlayıb.
Daxili siyasət
26 İyun , 2022 11:47
Alban-Udi xristian icmasının üzvləri Suqovuşan və Talışa səfər ediblər

Alban-Udi xristian dini icmasının üzvlərinin 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə işğaldan azad edilən ərazilərə səfərləri davam edir. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, icma üzvləri Talış kəndində yerləşən V əsrə aid olan kilisəni də ziyarət ediblər. Ziyarət zamanı icma üzvləri Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə dualar oxuyub, Allahdan rəhmət diləyiblər. 

İcma üzvləri kilsədə dini ayin icra edib, şam yandırıblar.

10:55

Alban-Udi xristian dini icmasının üzvlərinin 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə ziyarətləri başlayıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, icma üzvləri Suqovuşanda olan V əsrə aid olan və ermənilərin 1898-ci ildə bərpa edərək öz məbədi kimi qələmə verdikləri Alban mədəni irsinə aid olan tarixi məkanı ziyarət ediblər.

Kilsədə dini ayin icra edilib.

İcma üzvləri, ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə geniş bərpa-quruculuq işlərinin aparıldığını əsas gətirərək vurğulayıblar ki, bütün tarixi-mədəni və dini abidələrimizin tezliklə bərpa ediləcəyinə əmindirlər.

Son xəbərlər

Orphus sistemi