Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub - FOTO Yeni rəhbər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb
Daxili siyasət
15 Fevral , 2016 11:12
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub - FOTO

Bakı. 15 fevral. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub. "Report"un məlumatına görə, bu vəzifəyə Oqtay İbrahimov təyin edilib.

Xatırladaq ki, Aparatın sabiq rəhbəri Səfər İmanov keçən ilin noyabrın 1-də öz ərizəsi ilə işdən çıxıb. Bu il isə onun 170 min dollar rüşvət aldığı iddia olunub.

Qeyd edək ki, İbrahimov Oqtay Vahib oğlu 1960-cı ilin iyunun 19-da Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib. 1990-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və sektor müdiri vəzifələrində çalışıb. 1993-cü ildə Nazirlər Kabinetinin Ali Attestasiya Komissiyasının qərarı ilə "Baş elmi işçi" fəxri adı ilə təltif edilib. 1999-2000-ci illərdə Konstitusiya Məhkəməsinin İnformasiya təminatı bölməsinin müdiri olub. 20.11.2013 – 2.11.2015 tarxilərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini olub.

Ailəlidir, 4 övladı var.

Son xəbərlər

Orphus sistemi