Ağsuda karantin qaydalarını pozan 5 nəfər həbs olundu

Ağsuda karantin qaydalarını pozan 5 nəfər həbs olundu Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.
Daxili siyasət
3 Aprel , 2020 06:35
Ağsuda karantin qaydalarını pozan 5 nəfər həbs olundu

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.

Polis şöbəsindən "Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, təkcə son üç gün ərzində bununla bağlı rayonda 34 inzibati protokol tətbiq olunub.

Bunlardan 3-u karantin rejimini kobud şəkildə pozan müxtəlif ictimai iaşə obyektlərinə, o cümlədən yeməkxana, çayxana, kafe sahiblərinə, 1 nəfər sosial şəbəkədə yalan məlumat verdiyinə görə tətbiq edilib. 30 nəfərə isə karantin rejimini müxtəlif səbəblərdən pozduğuna görə protokol tətbiq olunub. 

Rayonda ümumilikdə 5 nəfər həbs edilib, 29 nəfərə isə İnzibatı Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokollar tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi