​Nardaran Ağsaqqallar Şurasının sədri sərbəst buraxılıb

​Nardaran Ağsaqqallar Şurasının sədri sərbəst buraxılıb O, Nardaran hadisələri ilə bağlı şahid qismində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib
Daxili siyasət
9 Dekabr , 2015 19:04
​Nardaran Ağsaqqallar Şurasının sədri sərbəst buraxılıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov sərbəst buraxılıb. Bu barədə "Report"a Natiq Kərimovun özü məlumat verib. 

N.Kərimov Nardaran hadisələri ilə bağlı şahid qismində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib.

Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar törətməyi planlaşdıraraq din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə DİN-ə daxil olmuş məlumat əsasında noyabrın 26-da Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib.

Əməliyyat zamanı silahlı insident baş verib. Nəticədə ikisi polis əməkdaşı olmaqla, 6 nəfər ölüb. Bir nəfər isə Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraqDaxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi