Ağdam Rayon İcra Hakimiyyətində baş məsləhətçi işdən çıxarılıb

Ağdam Rayon İcra Hakimiyyətində baş məsləhətçi işdən çıxarılıb Ağdam. 18 oktyabr. REPORT.AZ/ Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xanım Allahverdi qızı Əliyeva vəzifəsindən azad edilib.
Daxili siyasət
18 Oktyabr , 2018 20:44
Ağdam Rayon İcra Hakimiyyətində baş məsləhətçi işdən çıxarılıb

Ağdam. 18 oktyabr. REPORT.AZ/ Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xanım Allahverdi qızı Əliyeva vəzifəsindən azad edilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Ağdam Rayon İcra Hakimiyyətinin yeni başçısı Vaqif Həsənov bununla bağlı əmr imzalayıb. 

Həmin vəzifəyə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Ağdam Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ramiz Qədirov işdən çıxarılıb və bu vəzifəyə də hələlik təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin avqustun 28-də imzaladığı sərəncamla Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Son xəbərlər

Orphus sistemi