Ağcabədidə “ASAN xidmət” mərkəzinin tikintisinə 5 milyon manat ayrılıb

Ağcabədidə “ASAN xidmət” mərkəzinin tikintisinə 5 milyon manat ayrılıb Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
4 Aprel , 2018 18:26
Ağcabədidə “ASAN xidmət” mərkəzinin tikintisinə 5 milyon manat ayrılıb

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilib ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə yaradılmış “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində ölkə əhalisinin böyük rəğbətini qazanıb. Vətəndaşların dövlət xidmətlərindən operativ istifadə etməsini təmin etmək məqsədilə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı və Quba regional “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması nəticəsində 1500 yeni iş yeri yaradılıb. 

Sərəncamla Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi