Bakı. 18 may. REPORT.AZ/ Laçın rayonundan olan məcburi köçkünlər üçün 1500 ailəlik yeni qəsəbə salınacaq. "Report" xəbər verir ki, Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov jurnalistlərə açıqlamasında belə deyib.
O bildirib ki, dövlət proqramı çərcivəsində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması davam edir: "Dövlət proqramına uyğun olaraq bu il Laçın rayonundan olan məcburi köçkünlərin sıx məskunlaşdığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində 1500 ailləlik yeni qəsəbə tikiləcək. Bu evlərə rayon ərazisində uzun illərdi ki, daxmalarda, torpaq evlərdə çətin şəraitdə məskunlaşan ailələr köcürüləcək. Bununla da Laçından olan bütün məcburi köçkünlər mənzillə təmin olunacaq, mənzil problemi olan ailə qalmayacaq".
Qeyd edək ki, son illər Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində Laçından olan məcburi köçkünlər üçün yaşayış əraziləri inşa edilib. Bu qəsəbələrdə 610 ailə yaşayır.