Ağalıda Gənclər Günü qeyd olunub

Ağalıda Gənclər Günü qeyd olunub “Böyük Qayıdış”ın həyata keçirildiyi ilk yaşayış məntəqəsi olan Zəngilan rayonu Ağalı kəndində Gənclər Günü qeyd olunub. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
Daxili siyasət
2 Fevral , 2023 12:51
Ağalıda Gənclər Günü qeyd olunub

“Böyük Qayıdış”ın həyata keçirildiyi ilk yaşayış məntəqəsi olan Zəngilan rayonu Ağalı kəndində Gənclər Günü qeyd olunub.

"Report" xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələliyinin təşkilatçılığı ilə “Böyük Qayıdışda gənclərin iştirakı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabi, Şuşa Şəhəri Qoruq İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Faiq Məmmədov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) baş katibi Vüqar Əliyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyəti göstərən gənclər, Ağalı kəndində əmək fəaliyyəti ilə məşğul olan gənc mütəxəssislər iştirak edib.

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidən dirçəldilməsində gənclərin iştirakı barədə cəmiyyətin məlumatlandırılması, gənclərin “Böyük Qayıdış”da iştirakının təşviq edilməsinin vacibliyini vurğulayan çıxışçılar, həmçinin Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında və Şuşada həyata keçirilən könüllülük proqramlarından danışdılar.

Gənclərdən ibarət muğan triosunun musiqi nömrələri ilə davam edən tədbirin sonunda tədbir iştirakçılarına Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələliyi və “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası, Böyük Qayıdış” şirkəti tərəfindən fəxri fərman və hədiyyələr tədqim edilib.

Son xəbərlər

Orphus sistemi