Bakı. 24 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydası”nı təsdiqləyib.
“Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.
Bu sənəd yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycana gətirilməsi və onun hüdudlarından kənara aparılmasını qaydasını müəyyən edir.