​Ellada Məmmədli: "ADR-in 42 faizi müsavatçılardan ibarətdir"

​Ellada Məmmədli: "ADR-in 42 faizi müsavatçılardan ibarətdir" Gülağa Aslanlı: "Yanlış məlumatlarla irəli getmək olmaz"
Daxili siyasət
24 Fevral , 2015 11:20
​Ellada Məmmədli: ADR-in 42 faizi müsavatçılardan ibarətdir

Bakı. 24 fevral. REPORT.AZ/ "Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvlərinin 42 faizi - təxminən, 200 nəfəri Müsavat Partiyasının üzvlərindən ibarətdir".

Bunu "Report"a açıqlamasında Müsavat Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin üzvü Ellada Məmmədli deyib. E.Məmmədli əlavə edib ki, Müsavat Partiyasının rəhbərliyi bu rəqəmi yanlış təqdim edirsə, bu, onların öz işidir: "Biz üzvlərin siyahısını açıqlaya da bilərik".

E.Məmmədli hazırda həm Müsavat Partiyasında, həm də hərəkatda fəaliyyət göstərdiyini qeyd edib: "Bizi anti-müsavatçı mövqedə ittiham edərkən, bilmirəm nəyi nəzərdə tuturlar. Mən hər iki tərəfdə fəaliyyət göstərirəm. Əslində, onlar məni dəyərləndirməyi bacarmırlar. Nə edirəmsə, Müsavat üçün edirəm. Onlar bu işimi qiymətləndirmirlərsə, özləri bilərlər. Burada, sadəcə, onların tələbləri əsasında fəaliyyət göstərmək məsələsi var, onlar azadfikirli insanları qəbul etmirlər. Azadfikirli olduğumuza görə bizi ittiham edirlər".

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə "Report"a deyib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis konfransında iştirak edən müsavatçıların sayı yüzdən artıq olmayıb: "Konfransda iştirak edənlərin bir çoxu təşkilatın üzvü olmadığını bildiriblər. Bu sırada Hikmət Hacızadə, Rafiq bəy İsmayıl və başqalarını misal çəkə bilərəm. Yanlış məlumatlarla irəli getmək olmaz, bu məsələni dəqiqləşdirsinlər".

Son xəbərlər

Orphus sistemi