ADBTİA-da 31 mart soyqırımı ilə bağlı konfrans keçirilib

ADBTİA-da 31 mart soyqırımı ilə bağlı konfrans keçirilib Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı konfrans keçirilib.
Daxili siyasət
30 Mart , 2018 14:24
ADBTİA-da 31 mart soyqırımı ilə bağlı konfrans keçirilib
Report/ Elchin Murad

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı konfrans keçirilib.

"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir soyqırımı ilə bağlı sənədli filmin nümayişi başlayıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbiri açaraq əsrlər boyu xalqımıza qarşı ermənilər tərəfindən törətdiyi qırğınlar barədə danışıb: "1998-ci ildə Heydər Əliyevin fərmanı ilə azərbaycanlıların soyqırımına siyasi-hüquqi qiymət verilib. Bu illər ərzində beynəlxalq ictimaiyyətin məlumatlandırılması, emrənilərin ifşası, sovet dövründə tarixi hadisələr barədə ciddi addımlar atılıb, əsərlər nəşr olunub. Bu gün dünya miqyasında bir çox işlər görülür. Bütün regionlarda soyqırımının 100 illiyi ilə bağlı konfranslar keçirilir, tədqiqatların nəticələri barədə məlumat verilir. Ümumilikdə isə gənc nəsil mart soyqırımı ilə bağlı həqiqətləri dərindən öyrənməlidir".

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, tarixin yaddaşlarda qalması üçün soyqırımı hadisələrini hər zaman xatırlamaq lazımdır: "Gənclərimiz daha güclü və elmlə məşğul olmalıdır. Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü müstəqil dövlət olub. Azərbaycanın ən böyük dəyəri müstəqilliyidir". 

Digər natiqlər də soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında bu kimi tədbirlərin keçirilməsinin vacibliyinə toxunublar. 

Orphus sistemi