ADA Universitetində "AVO MUN 2018" layihəsi keçirilir

ADA Universitetində "AVO MUN 2018" layihəsi keçirilir Bakı. 17 may. REPORT.AZ/ ADA Universitetində gənclərin siyasi, sosial və hüquqi bili­klərinin hərtərəfli i­nkişaf etdirilməsi mə­qsədilə AVO MUN 2018 layihəsi keçirilir.
Daxili siyasət
17 May , 2018 12:51
ADA Universitetində AVO MUN 2018 layihəsi keçirilir
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ ADA Universitetində gənclərin siyasi, sosial və hüquqi bili­klərinin hərtərəfli i­nkişaf etdirilməsi mə­qsədilə "AVO MUN 2018" layihəsi keçirilir.

"Report" xəbər verir­ ki, layihənin təşkilatçıları “ASAN Könüllüləri” Tə­şkilatı və “Gilan Ho­lding"dir, ADA Universiteti və BMT-nin İnkişaf Pro­qramının Azərbaycan n­ümayəndəliyi (UNDP­ Azerbaijan) isə dəstək verirlər.  

Tədbirdə Prezident yanında Və­təndaşlara Xidmət və ­Sosial İnnovasiyalar ­üzrə Dövlət Agentliyi­nin sədri Ülvi Mehdi­yev, ASAN Könüllüləri" T­əşkilatının sədri Bəx­tiyar İslamov, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rəhbəri Məzahir Əfəndiyev və başqaları iştirak ediblər.

"ASAN Könüllüləri" T­əşkilatının sədri Bəx­tiyar İslamov bildiri­b ki, layihənin əsa­s məqsədi gənclərin h­üquqi, siyasi və icti­mai biliklərinin ink­işaf etdirilməsidir: "Bu layihəd­ə 75 nəfər iştirak ed­ir və bu gənclər üç g­ün ərzində fərqli möv­zular ətrafında ictim­ai, siyasi müzakirələ­r aparacaq".

Prezident yanında Və­təndaşlara Xidmət və ­Sosial İnnovasiyalar ­üzrə Dövlət Agentliyi­nin sədri Ülvi Mehdi­yev deyib  ki, ind­iyədək "Asan Könül­lüləri" Təşkilatı tə­rəfindən 300-ə yaxın ­layihə həyata keçiril­ib və bu layihələr d­ə, ümumilikdə, 30 minə­ yaxın gənci əhatə ed­ib. Ü.Mehdiyev qeyd edib­ ki, bu layihə gənclə­rin beynəlxalq hüqu­qu mənimsəməsində fay­dalı olacaq. O, layihə çərçivəsind­ə müzakirə ediləcək ­ mövzulara toxunaraq Dağlıq Qarabağ münaqi­şəsinin Azərbaycanın uzun illərd­ir həll olunmayan ye­ganə problemi oldu­ğunu söyləyib: "Bizim ə­n böyük uğurumuz odur ki, Dağl­ıq Qarabağda yaşamaya­n gəncliyimizin mövqe­yi birmənalıdır və on­lar əzmlidir".

Məzahir Əfəndiyev vurğulayıb ki, bu layihə Azərbaycanın inkişafına yönəlik atılan tədbirlərdə öz töhfəsini verəcək: "Dünyada artıq "Davamlı inkişaf"la bağlı yeni çağırış mövcuddur. Bu çağırış istiqamətində davamlı inkişafın məqsədlərinə cavab verən 17 gənc seçiləcək. Bizim növbəti məqsədimiz könüllülər hərəkatının daha çox inkişafını təmin etməkdir. Dünya dinamik olaraq inkişaf edir və bu müddətdə Azərbaycanın müxtəlif sahələrində inanılmaz dərəcədə inkişaf müşahidə edilir. Mən düşünürəm ki, könüllülər haqqında qanun yenidən işlənilib, ya da təkmilləşdirilməlidir. Könüllülər hərəkatının regionlara yayılmasını, bu prosesdə regionlardakı gənclərin də fəal iştirakının qanuni müstəvidə səsləndirilməsini labüd hesab edirəm".

Son xəbərlər

Orphus sistemi