Abşeronda çini və saxsıdan keramik hədiyyələr istehsal edən fabrik istifadəyə verilib

Abşeronda çini və saxsıdan keramik hədiyyələr istehsal edən fabrik istifadəyə verilib Hazırda müəssisədə yüksək ixtisaslı 15 yerli mütəxəssis çalışır
Daxili siyasət
9 Fevral , 2016 18:04
Abşeronda çini və saxsıdan keramik hədiyyələr istehsal edən fabrik istifadəyə verilib

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq Abşeron rayonunda "Nargis porcelain" şirkətinə məxsus çini və saxsıdan keramik hədiyyə istehsal edən fabrik tikilib. Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən "Report"a verilən məlumata görə, bu gün Xırdalan şəhərində yerləşən müəssisənin açılışı keçirilib. 

Açılış mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələri, mətbuat işçiləri və digər qonaqlar iştirak ediblər.

İcra başçısının birinci müavini Məhəmməd Həsənovun və "Nargis porcelain" müəssisəsinin rəhbəri Yasin Xəlilovun iştirakı ilə rəmzi lent kəsilib. Bundan sonra müəssisə ilə tanışlıq gəzintisi aparılıb. 

Fabrik haqqında məlumat verilərək bildirilib ki, keramika, xüsusilə dulusçuluq ən qədim sənət növlərindən biri olub və hazırda da Azərbaycanda bu sənət yaşadılır. 

"Nargis porcelain" müəssisəsini Rusiya Federasiyasında keramika, şüşə və mina örtüklərinin kimyəvi texnologiyası ixtisası üzrə təhsil və sonradan alimlik dərəcələri alan Yasin və Mahirə Xəlilovlar təsis ediblər. Azərbaycanda keramik məmulatlara, xüsusilə hədiyyə dəstlərinə müstəqillik dövründə turist marağının artması ilə əlaqədar ehtiyacın ciddi surətdə çoxalması belə müəssisənin yaradılması üçün əsas olub.

Türkiyənin tanınmış "Refsan" şirkəti ilə müvafiq müqavilələr imzalanıb və lazımi avadanlıqlar alınıb, qısa müddətdə istehsal sahəsi yaradılıb və güclü mütəxəssislər komandası formalaşdırılıb. 

Azərbaycanın ən güclü keramika rəssamlarının, heykəltəraş və texnoloqlarının cəlb olunması sayəsində az bir müddətdə çox böyük nailiyyətlər əldə olunub. 

"Nargis Porcelain" Azərbaycanda milli keramika ənənələrindən bəhrələnərək müxtəlif növ keramik hədiyyə dəstlərinin istehsalına başlayıb. Hazırda müəssisədə yüksək ixtisaslı 15 yerli mütəxəssis çalışır. Gələcəkdə işçilərin sayının 50-yə çatdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi